“Qarabağ”-“Qefle” oyununda hakim dəyişikliyi
- 31.07.2013, 18:42,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Futbol üzrə UEFA Avropa Liqası yarışlarının üçüncü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində avqustun 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” (Ağdam)–“Qefle” (İsveç) qarşılaşmasına təyinatda dəyişiklik edilib.
Fransalı referi köməkçisi Djemel Zitouninin əvəzinə bu oyunda Türkiyəni təmsil edən Serkan Ok yan xətt hakimi funksiyasını yerinə yetirəcək.
“Qarabağ”–“Qefle” matçının baş hakimi fransalı Nikolas Rainville olacaq. Ona həmyerliləri Stefan Luzi və Sebastyan Desiaje kömək edəcəklər.
Oyunun UEFA nümayəndəsi İrakli Nakaidze (Gürcüstan), hakim-inspektoru isə Kaj Natri (Finlandiya) olacaq.