Azərbaycan Televiziyası “100 ilin adamı” layihəsinə start verir.
Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Brend Media” şirkətinin hazırladığı verilişdə ötən yüzillikdə ölkəmizin ictimi-siyasi, iqtisadi, ədəbi və mədəni həyatında önəmli rol oynamış şəxsiyyətlərin həyatından bəhs ediləcək.
Layihənin müəllifi və aparıcısı “Addım” gənclər təşkilatının rəhbəri Hüseyn Cavadzadədir.
Layihə çərçivəsində yaradıcı qrup Almaniya, İtaliya, Polşa, Türkiyə, Rusiya və başqa ölkələrdə xüsusi çəkilişlər edib, Məhəmməd Əmin Rəsulzadə, Banin, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Fərman Salmanov, Robert Osseyn, Qurban Səid və onlarla məşhur azərbaycanlının irsini axtarıb.
Bundan başqa, layihənin komandası həmin şəxslərin varisləri ilə görüşüb, yaşadıqları məkanları ilk dəfə olaraq ekrana gətiriblər. Layihənin sentyabrın sonunda Azərbaycan Televiziyasında yayımlanması nəzərdə tutulur.