"İnter" 17 gün əvvəl satdığı hücumçunu yarım milyon avro bahasına aldı



İtaliya futbolunda maraqlı transfer hadisəsi baş verib.

LIVE.az "Report"a istinadla xəbər verir ki, "İnter" bir müddət öncə 19,5 milyon avroya "Cenoa"ya satdığı Andrea Pinamontini 17 gündən sonra 20 milyon avro qarşılığında transfer edib.

Əvvəlcə Genuya təmsilçisi 2019/2020 mövsümünün əvvəlində icarəyə götürdüyü 21 yaşlı hücumçunun müqaviləsindəki bəndi əsas tutaraq onu birdəfəlik alıb. Milan klubu isə sözləşmədəki gerialma maddəsi ilə italiyalı forvardı komandaya qaytarıb.

Qeyd edək ki, İtaliyanın U-20 millisinin də formasını geyinən Andrea Pinamonti "İnter"in yetirməsidir.
Şərhlər
İdman bölməsinin xəbərləri