Udin təşkilatının sədri Azərbaycanda etnik azlıqlar üçün yaradılmış şəraitə görə təşəkkür edib


Mən son onillikdə Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən hərtərəfli inkişafdan, xüsusən də Bakı Multikulturalizm Mərkəzindən və Milli Elmlər Akademiyasından heyranlıq duyuram. Bu, çox böyük işdir.

Trend-in məlumatına görə, bunu Rusiya Federasiyası Volqoqrad vilayətinin “Nic” udin ictimai təşkilatının sədri, fəlsəfə elmləri doktoru Riçard Danakar “Baku Network” ekspert şurasının təşəbbüsü ilə keçirilmiş “Qafqaz Albaniyasının irsi” mövzusunda videokonfrans zamanı deyib.

O vurğulayıb ki, Azərbaycan antik sivilizasiyalar və qədim Şərq sivilizasiyalarına bərabər qədim tarixə malikdir:

“Azərbaycan xalqı öz tarixinə hörmət edir. Azərbaycan çoxəsrlik tarixə, mədəniyyətə, zəngin musiqi sənətinə, elm və ədəbiyyata malikdir. Qeyd etmək istəyirəm ki, Volqoqradda bütün icmalar arasında Azərbaycanın zəngin mədəni irsi hər zaman nəzərə çarpır. Xüsusilə də Nəsimi, Nizami, Səməd Vurğunun şeirlərini, eləcə də Azərbaycan haqqında yazan rusiyalı yazıçıları qeyd etmək istərdim. Mən son onillikdə elm sahəsində böyük işlər görmüş azərbaycanlı alimlərdən heyranlıq duyuram. Azərbaycanlı alim, Şərqşünas, akademik, mərhum Ziya Bünyadov, tarixçi, professor, tarix elmləri professoru Fəridə Məmmədovadan heyranlıq duyuram”.

R.Danakar qeyd edib ki, minilliklər ərzində Azərbaycanda müxtəlif mədəniyyətlər və millətlərdən olan insanlar sevgi, harmoniya və anlayış içərisində yaşayıb:

“Azərbaycan bu gün bu ərazidə yaşayan bütün xalqlar üçün vətəndədir. Hər bir Azərbaycan vətəndaşı ölkənin zəngin mədəni irsini qorumalı, ölkənin ərazi bütövlüyü uğrunda mübarizə aparmalıdır. Çünki tarixi ədalət Azərbaycanın və Azərbaycan xalqının tərəfindədir”.
Şərhlər
Sosial bölməsinin xəbərləri