Azərbaycan neftinin qiyməti artıb
- 26.09.2020, 14:55,
- Iqtisadiyyat / Vacib
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.
Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,23 ABŞ dolları və ya 0,55% artaraq 41,76 dollar təşkil edib.
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin noyabr müqaviləsinin dəyəri 0,05 % azalaraq 1 barelə görə 41,92 dollar təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında noyabrda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 0,15% azalaraq 40,25 dollar təşkil edib.