MN: Bir neçə kənd və yüksəkliklər işğaldan azad edilib

 


“Azərbaycan Ordusunun qoşun bölmələrinin həyata keçirdiyi əməliyyatlar nəticəsində işğal altındakı bir sıra kəndlər və əlverişli yüksəkliklər işğaldan azad olunub”.

Bunu bu gün keçirilən brifinqdə Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bildirib.

A. Eyvazov deyib ki, hazırkı məlumata görə, Füzuli-Cəbrayıl istiqamətində Qaraxanbəyli, Kənd Horaliz, Yuxarı Abdurrəhmanlı, Böyük Mərcanlı kəndləri azad edilib: “Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətində düşmən postları darmadağın edilib, hakim yüksəkliklər nəzarətə götürülüb”.
Şərhlər