Elmar Məmmədyarov Almaniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

Bu gün xarici işlər naziri Elmar Məmmədyarov Almaniya Federativ Respublikasının Azərbaycana yeni təyin olunmuş səfiri Haydurun Tempeli qəbul edib.

Xarici İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, nazir Elmar Məmmədyarov Haydurun Tempeli ölkəmizə səfir təyin olunması münasibəti ilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə Azərbaycanla Almaniya arasındakı ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə edilib. Nazir Elmar Məmmədyarov yeni təyin olunmuş səfirin iki ölkə arasındakı münasibətlərin daha da inkişafına töhfə verəcəyinə əminlik ifadə edib.

Etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edən Haydurun Tempel, ölkəsinin Azərbaycanla dialoqun və ənənəvi xoş münasibətlərin davam etdirilməsində maraqlı olduğunu bildirmiş və diplomatik fəaliyyəti müddətində ölkələrimiz arasındakı münasibətlərin genişləndirilməsi istiqamətində səylər göstərəcəyini diqqətə çatdırıb.
Şərhlər
Siyasət bölməsinin xəbərləri