Müşfiqabadda məcburi köçkünlər üçün 2 ədəd beşmərtəbəli yaşayış binasının tikintisinə başlanıb

Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün 2 ədəd beşmərtəbəli yaşayış binasının tikintisinə başlanıb.

Bu barədə APA-ya Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsindən məlumat verilib.

Yeni binalarda Bakı şəhəri, Binəqədi rayonu Həmzə Babaşov küçəsindəki yataqxanalarda məskunlaşmış məcburi köçkünlər mənzillə təmin olunacaqlar.

Qeyd edək ki, Həmzə Babaşov küçəsindəki yataqxanalarda məskunlaşmış məcburi köçkünlərin köçürülməsinin birinci mərhələsi başa çatıb.
Şərhlər
Sosial bölməsinin xəbərləri