Avropa Liqası: "Qarabağ"ın qrupdakı rəqibləri bilindi
- 02.10.2020, 17:16,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün Avropa Liqasında qrup mərhələsinin püşkü atılıb.
Azərbaycanın turnirdəki yeganə təmsilçisi olan "Qarabağ"ın rəqibləri müəyyənləşib.
Püşkatmaya ilk dəfə 2-ci səbətdən qoşulan Ağdam klubu İspaniyanın "Vilyarreal", İsrailin "Makkabi" (Təl-Əviv) və Türkiyənin "Sivbasspor" komandaları ilə birlikdə I qrupunda yer alıb.
UEFA Avropa Liqası
I qrupu
"Vilyarreal" (İspaniya)
"Qarabağ" (Azərbaycan)
"Makkabi" (Təl-Əviv, İsrail)
"Sivasspor" (Türkiyə)
Qeyd edək ki, qrup mərhələsinin oyunları oktyabrın 22-də və 29-da, noyabrın 5-də və 26-da, həmçinin dekabrın 3-də və 10-da keçiriləcək.