Hikmət Hacıyev: "Ermənistan Mingəçevir şəhərinə raket atıb"
- 04.10.2020, 22:39,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Ermənistanın azərbaycanlı mülki şəxslərə qarşı dövlət terroru davam edir.
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabındakı paylaşımında bildirib.
"Bir neçə dəqiqə əvvəl Ermənistan silahlı qüvvələri Azərbaycanın Mingəçevir sənaye şəhərinə qarşı raket hücumu təşkil edib. Mingəçevirdə su anbarı və əsas elektrik stansiyası mövcuddur. Çarəsizliyin barbar ifadəsi".
Düşmən Mingəçevir və Tərtəri atəşə tutub
Ermənistan silahlı qüvvələri tərəfindən Mingəçevir şəhəri ərazisinə raket zərbələri, Tərtər şəhərinin ərazisinə isə artilleriya zərbələri endirilib.
Bu barədə mediaya Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, atəşlər nəticəsində yaralananlar var.