Bakıda mebel sexində qətl törədilib

Bakının Binəqədi rayonunda qətl hadisəsi baş verib.


Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, mebel sexlərindən birində mişarçı işləyən Kərimov Cəlal Cəbrayıl oğlu ilə iş yoldaşı Rüfət Qəmbərov arasında mübahisə yaranıb. Nəticədə C. Kərimov R. Qəmbərovu öldürüb.


Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri