Mixeil Saakaşvili Azərbaycanın ərazi bütövlüyünü bir daha dəstəkləyib


“Mən Gürcüstanın övladı, Ukraynanın vətəndaşıyam. Həm gürcülər, həm də ukraynalıların ərazi bütövlüyü prinsipini dəstəkləməmələri mümkün deyil”.  

Bunu Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili “Facebook” səhifəsində yerləşdirdiyi videomüraciətində deyib.

Onun sözlərinə görə, separatçılığı dəstəkləmək qeyri-mümkündür: “Etnik mənsubiyyətindən asılı olmayaraq separatçılığı dəstəkləyən istənilən gürcü Gürcüstana qarşıdır. Ukrayna hökumətinin də bildirdiyi kimi və mənim də dəfələrlə dediyim kimi biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq”.


Report
Şərhlər
Siyasət bölməsinin xəbərləri