Bu gün Tbilisi prospektinin daha bir hissəsi bağlanacaq

Bu gün saat 00:00-da Tbilisi prospektinin Salamzadə küçəsindən «20 Yanvar» metro stansiyasınadək hissəsi təmir işləri ilə əlaqədar avtomobillərin hərəkəti üçün bağlanacaq.

Bu barədə APA-ya Nəqliyyat Nazirliyi «Azəryolservis» ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

Onun sözlərinə görə, Tbilisi prospektində təmir işləri ilə əlaqədar bağlanan avtomobil yolunun 500 metrlik hissəsi artıq açılıb və bu gün saat 00:00-da yolun əks istiqamətində hərəkət tam məhdudlaşdırılacaq.
Şərhlər
Hadisə bölməsinin xəbərləri