EİA: Böyük neft ehtiyatları qiymət artımını əngəlləyir



Dünya boyu mövcud neft ehtiyatları 2020-ci ilin dördüncü rübündə gündəlik 3 milyon barel, 2021-ci ildə isə 0,3 milyon barel azalacaq.

Bu barədə ABŞ hökuməti Enerji Məlumatları Administrasiyasının (EİA) aylıq “Short-Term Energy Outlook October 2020” proqnozunda bildirilir.

Qeyd olunur ki, yaxın aylarda neft ehtiyatlarının gözlənilən azalmasına baxmayaraq, dünya boyu hələ də böyük olan neft ehtiyatları ilə yanaşı, hasilatın artması da neftin bahalaşmasını əngəlləyəcək.
Şərhlər
Siyasət bölməsinin xəbərləri