Düşmən Gəncəyə raket atıb, 7 dinc sakin həlak olub, 28 nəfər yaralanıb
- 11.10.2020, 14:20,
- Hərbi / Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Ermənistanın silahlı qüvvələri Gəncə şəhərinin mülki əhalisinin sıx yaşadığı məntəqələri raket atəşinə tutub.
Gəncə şəhərinə atılmış raketlərdən biri mülki şəxslərin yaşadığı yaşayış binalarına düşüb.
Nəticədə 7 nəfər həlak olub, 28 nəfər yaralanıb, infrastruktura külli miqdarda ziyan dəyib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, eləcə də Təcili Tibbi Yardım Briqadası cəlb olunub. Hazırda dağıntılar altında qalan insanların çıxarılması tədbirləri davam edir.