Azərbaycanda tarixi şəxsiyyətlərin mühafizəsi üçün qanun layihəsinin qəbul olunması gözlənilir
- 26.04.2013, 10:37,
- Mədəniyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanda tarixi şəxsiyyətlərin mühafizəsi üçün qanun layihəsinin qəbul olunması gözlənilir. Bu barədə Trend-ə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov bildirib.
"Bəzən elə hallarla rastlaşırıq ki, cəmiyyətdə tanınan, nüfuzu olan, Azərbaycan xalqının və dövlətinin tarixində silinməz izlər buraxan bəzi tarixi şəxsiyyətlərlə bağlı təhqirlər səsləndirilir. Bu yolverilməzdir", - Cəfərov deyib.
Onun sözlərinə görə, görkəmli ədiblərimizin şəxsiyyətinə, ləyaqətinə toxunan, xüsusilə də tarixi şəxsiyyətlərin əleyhinə təhqirlərin səsləndirilməsinin qarşısı alınmalıdır.
Komitə sədri bildirib ki, tarixi şəxsiyyətləri qorumaq, onlara sahib çıxmaq bizim mənəvi borcumuzdur.
Cəfərov qeyd edib ki, bu məsələ ilə bağlı qanunvericilik aktının hazırlanması dövrün tələblərindən birinə çevrilib.
Qeyd edək ki, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu öz müsahibəsində belə deyib: "Həmişə xalqını, dövlətini sevən insanlar onun düşməni kimi qələmə verilib. Bu gün mən o vəziyyətdəyəm. Şah Qacar, Nadir şah bu xalqdan ötrü hər şeyə gedib, Səməd Vurğun kimi dılğırın biri onları xalq düşməni edib".