Berti Foqts: “Azərbaycandakı klub məşqçiləri ilə münasibətlərim pisdir”
- 01.08.2013, 16:14,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Azərbaycandakı klub məşqçiləri ilə münasibətlərim pisdir. Klubda çalışan həmkarlarımla son görüşüm zamanı onlar mənə iradlarını bildirdilər. Məni alman rəhmsizliyi ilə çalışmaqda ittiham etdilər. Bu səbəbdən yığıncağı tərk etdim”. Live.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts deyib.
Almaniyalı mütəxəssis vətənində verdiyi açıqlamada ölkəmizdəki işlərindən danışıb.
Foqts ilin sonunda başa çatacaq müqaviləsinin uzadılmamağının gündəmə gəlməsində əsas hesab edilən nəticələrin yoxluğunda klubları da günahkar sayır. Çünki klublar da qitə kuboklarında zəif çıxış edirlər: “İnsanlar televiziya ilə Çempionlar Liqasına baxır və orada oynamağın çətin olmadığını düşünür. Klublar uğursuz çıxış etdiyi halda, yığmada nəyəsə nail olmaq çətindi. Hazırda yalnız bir Azərbaycan klubu avrokuboklarda mübarizəni davam etdirir. Portuqaliya ilə qarşılaşmada 0:2 hesabı ilə uduzduğumuz üçün üzr istəməliyəm ki? Ümid edirəm ki, növbəti matçlarda da bundan böyük hesabla uduzmayacağıq. Gündəlik 1 saat məşq etməklə, heç nəyə nail olmaq mümkün deyil”.
Qeyd edək ki, 2008-ci ildən yığmamızda çalışan Foqtsun müqaviləsi bu ilin sonunda başa çatır.