Azərbaycan Prezidenti, Ali Baş Komandan xalqa müraciət edir

 


Azərbaycan Prezidenti xalqa müraciət edir.


Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciət edir.


LIVE.az-ın xəbərinə görə, müraciət AZTV vasitəsilə yayımlanır.


İlham Əliyev: "Mən xoşbəxt adamam ki, bu şad xəbərləri Azərbaycan xalqına çatdırıram"

“Xalqımız döyüş meydanından, cəbhə bölgəsindən səbirsizliklə yeni xəbərlər gözləyir. Mən xoşbəxt adamam ki, bu şad xəbərləri Azərbaycan xalqına çatdırıram”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciəti zamanı deyib.

“Hər bir kəndin, hər bir şəhərin, hər bir strateji yüksəkliyin işğalçılardan azad edilməsi böyük peşəkarlıq, cəsarət, rəşadət, qəhrəmanlıq tələb edir. Bizim hərbçilərimiz şəhid olurlar. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhidlərimiz həmişə bizim qəlbimizdə yaşayacaq. Bizim hərbçilərimiz döyüş meydanında yaralanırlar. Allah bütün yaralı hərbçilərimizə şəfa versin”, - ölkə başçısı vurğulayıb.
Şərhlər
Siyasət bölməsinin xəbərləri