Şuşanın işğaldan qabaq bir neçə şəkli
- 22.10.2020, 13:31,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“National Geografic” jurnalının tanınmış foto-jurnalisti, Azərbaycan əsilli fransız fotoqraf Rza Diqqəti (Reza Deghati) Şuşada 1992-ci ildə çəkdiyi fotoları paylaşıb.
Live.az Qafqazinfo-ya istinadla xəbər verir ki, 68 yaşlı hərbi müxbir fotoları “Şuşada sonuncu çay -1992-ci il” başlığı və #karabakhisazerbaijan həştəqi ilə yayımlayaraq bu fikirləri qeyd edib:
“Şuşa Qarabağ bölgəsinin tarixi və mədəni mərkəzi və Azərbaycanın son strateji dayağı idi. 1992-ci ilin aprelində Şuşaya gedən bütün yollar erməni qoşunları tərəfindən idarə olunurdu, azərbaycanlılar üçün bu vacib şəhərə çatmaq üçün dağın üstündən keçmək lazım idi.
Erməni hərbçiləri uzun aylar mühasirədə olduqdan sonra 8 may 1992-ci ildə şəhəri ələ keçirmək üçün əməliyyatlara başladılar. Üç tərəfdən hücuma keçdilər, Azərbaycan hərbi hissələrinin və mülki insanları yerləşdikləri təpələrdə mühasirəyə aldılar. Bir neçə saat ərzində erməni silahlı qüvvələri yüzlərlə kişi, qadın və uşağı yaraladı və öldürdü. Qəsəbəni ələ keçirdikdən sonra quldurlar və vandallar əsas mədəniyyət mərkəzlərini, muzeyləri, məscidləri və məktəbləri yandırdılar. Şuşadakı mədəni məkanların əksəriyyəti talan edildi və ya yandırıldı, bütün azərbaycanlılar isə qaçmağa məcbur edildi. Şuşa şəhəri Azərbaycanın erməni qoşunlarının ələ keçirdiyi böyük şəhərlərdən biri idi”.
Qeyd edək ki, fotojurnalist Azərbaycana ilk dəfə 1987-ci ildə səfər edib. 1997-ci ildə isə bir neçə ay Azərbaycanda yaşayıb, ölkəni gəzərək sadə insanların gündəlik həyatını, məişətini, adət-ənənələrini fotolarda əbədiləşdirib. Rza Diqqəti 20 Yanvar hadisələrini o cümlədən də Xocalı soyqırımının şahidlərini, eləcə də şəhidlərini çəkməyə müvəffəq olub. Bundan başqa müharibə gedən digər bölgələrdə Şuşa, Zəngilan, Cəbrayılda baş verən hadisələri də fotoaparatın yaddaşına köçürüb. Müharibədən sonra da məcburi köçkünlərlə görüşüb, onların da şəkillərini çəkib. Bundan sonra isə Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün bir çox Avropa ölkələrində sərgilər təşkil edib, dəfələrlə ermənilərin hücumuna məruz qalıb. Qarabağda çəkdiyi fotoları Parisdə sərgiləyən Rza Diqqətiyə qarşı Fransa mətbuatında onlarla yazı dərc olunub, özü hədələnib, sərgisi isə erməni hücumuna məruz qalıb. Rza Diqqəti isə öz növbəsində cırılan şəkilləri yeniləri ilə əvəz etməyib, ermənilərin növbəti əməlini necə varsa elə də nümayiş etdirib.