Rusiya prezidenti: "Türkiyə kimi tərəfdaşla işləmək nəinki xoşdur, həm də etibarlıdır"


Rusiya prezidenti Vladimir Putin Cənubi Qafqazda baş verən proseslərdən, o cümlədən Türkiyə ilə münasibətlərdən danışıb.

Live.az xəbər verir ki, bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

"Türkiyə kimi tərəfdaşla işləmək nəinki xoşdur, həm də etibarlıdır. Digər sahələrdə olduğu kimi hərbi texniki sahədə də belədir: Türkiyə onların müasir hava hücumundan müdafiə sisteminə ehtiyacı olduğuna qərar verdi. Dedi və aldı", - V.Putin qeyd edib.

Rusiya prezidenti həmçinin Türkiyənin Krım məsələsinə münasibəti barədə bunları söyləyib:

"O ki qaldı Türkiyənin Krımı Rusiyanın hissəsi olaraq tanımamasına. Nə olsun, bizdə heç də hər şey üst-üstə düşmür, məsələn, Cənubi Qafqaz məsələsində. Fikir ayrılığı mövcuddur. Ancaq biz Avropa və ABŞ-ın da mövqelərini bilirik. Ərdoğanı barmaqla göstərməyə gərək yoxdur, baxın görün başqa ölkələrdə nə edirlər".
Şərhlər
Siyasət bölməsinin xəbərləri