Fransada epidemioloji vəziyyətlə əlaqədar oktyabrın 23-dən komendant saatı tətbiq edilib
- 23.10.2020, 12:53,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Epidemiyanın sürətlə çoxalması bizi Fransanın 38 departamentində və digər ərazilərdə oktyabrın 23-dən etibarən komendant saatı tətbiq etməyə məcbur etdi”.
APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Fransanın Baş naziri Jan Kasteks mətbuat konfransında bildirib.
Baş nazir qeyd edib ki, komendant saatı qeyd edilən bölgələrdə axşam saat 21:00-dan səhər 6:00-a qədər qüvvədə olacaq.
O, əlavə edib ki, vəziyyətdən asılı olaraq komendant saatı ilin sonunadək davam edə bilər.