Gecə klubuna balıqların sağlamlığı üçün musiqinin səsini azaltmaq tapşırıldı

Gecə klubuna balıqların sağlamlığı üçün musiqinin səsini azaltmaq tapşırıldı İsveçin Göteborq şəhər hakimiyyəti yerli gecə klubunun administrasiyasına klubda olan akvarium balıqlarının sağlamlığına qayğı göstərməyi tapşırıb.

Trend-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, mütəxəssislər belə qənaətə gəliblər ki, yüksək səsli musiqi klubda saxlanılan tsixlosomlara (xanıkimilər dəstəsinə aid balıq fəsiləsi) mənfi təsir edir.

Mütəxəssislər gecə klubunda yoxlama apardıqdan sonra müəyyən ediblər ki, klubda musiqi səsi bəzən 100 desibelə çatır ki, bu da ev heyvanlarının saxlanma qaydalarına ziddir. Halbuki musiqi səsi 65 desibeldən artıq olmamalıdır.

Klub göstərişə tabe olmayacağı təqdirdə, balıqları saxlamaqdan məhrum ediləcək.
Şərhlər
Maraqlı bölməsinin xəbərləri