Azərbaycanda depozitlərin dollarlaşması azalıb
- 28.10.2020, 13:22,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu ilin oktyabrın 1-nə kredit təşkilatlarında yerləşdirilmiş depozitlərin həcmi 22 495,1 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 4% azdır.
Azərbaycan Mərkəzi Bankından (AMB) APA-ya verilən məlumata görə, ilin əvvəlindən cəmi depozit bazası 9,1% azalıb. Təkcə sentyabr ayında isə depozitlərin həcmi 1% azalıb.
Oktyabrın 1-nə depozitlərin 57,8%-i ABŞ dollarında olub ki, bu da illik müqayisədə 6 faiz bəndi, ilin əvvəli ilə müqayisədə 3,4 faiz bəndi, aylıq ifadədə isə 1,7 faiz bəndi azdır.