Zaxarova: Azərbaycan və Ermənistan XİN başçılarının həmsədrlərlə Cenevrədə görüşü razılaşdırılıb
- 29.10.2020, 21:22,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk qrupu həmsədrləri ilə Cenevrədə növbəti görüşü razılaşdırılıb.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.
“Təəssüf ki, Dağlıq Qarabağ münaqişəsi bölgəsində vəziyyət hələ də ağırdır, hərbi qarşıdurma davam edir. Odur ki, münaqişənin tezliklə səngiməsi, danışıqlar prosesinin yenidən başlaması üçün biz həm ölkə olaraq, həm də ATƏT-in Minsk qrupunun həmsədri qismində gərgin səylərimizi davam etdiririk”, - deyən XİN nümayəndəsi daha sonra qeyd edib:
“Oktyabrın 23-də Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ayrı-ayrılıqda ABŞ dövlət katibi və ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüşləri olub. Həmin görüşlərdən sonra tərəflər oktyabrın 26-sı saat 08:00-dan humanitar atəşkəsi bərpa etmək niyyətində olduqlarını təsdiqləmişdilər. Təəssüf ki, həmin tarixdə döyüş əməliyyatlarını dayandırmaq üçün dünya birliyinin göstərdiyi növbəti səylər də nəticəsiz qaldı. Sonrakı addımları müzakirə etmək üçün Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk qrupu həmsədrlərilə 30 oktyabr tarixində Cenevrədə görüş keçirmələrinə dair razılıq əldə edilib”.
Report