“Amnesty International” ermənilərin Bərdə terrorunda kasetli bombalardan istifadəsini təsdiqlədi
- 29.10.2020, 21:26,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Amnesty International” ilk dəfə Ermənistanın Dağlıq Qarabağ münaqişəsi zamanı Bərdə şəhərinə raket hücumu zamanı kasetli bombalardan hücumunu təsdiqləyib.
LIVE.az-ın məlumatına görə, bu barədə report təşkilatın saytına istinadən xəbər verir.
Təşkilat qeyd edib ki, oktyabrın 28-də yerli vaxtla saat 13:30-da Bərdə şəhərinə, xəstəxananın yaxınlığındakı yaşayış sahəsinə bir ya bir neçə “Smerç” raket atılıb. Azərbaycan Respublikasının Baş Prokuroluğu raket zərbəsi zamanı azı 21 nəfərin həlak olduğunu, 70-ə yaxın şəxsin yaralandığını bildirib.