Neft qiymətləri tələblə bağlı narahatlıqlar səbəbindən dəyişir
- 30.10.2020, 21:21,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Qlobal neft qiymətləri cümə günü dəyişkənliyi ilə diqqət çəkir.
Bunu sövdələşmə məlumatları göstərir.
Bakı vaxtı ilə saat 15:26-ya olan məlumata görə, Şimal dənizindən hasil olunan “Brent” markalı neftin yanvar fyuçerslərinin qiyməti 0,05% azalaraq bir barel üçünn 38,25 ABŞ dollarına düşüb, dekabr fyuçersləri isə 0,16% artaraq bir barel üçün 37,73 ABŞ dollarına çatıb. WTI markalı neftin dekabr fyuçersləri 0,06% bahalaşaraq 36,19 dollar/barel səviyyəsinə çatıb. Daha əvvəl hər iki markanın fyuçersləri “qırmızı zona”da alınıb-satılıb.
Cümə günü gündüz saatlarında neft qiymətləri vahid dinamika sərgiləyir. Eyni zamanda müşahidə olunan artıma baxmayaraq, cari ay üçün WTI markalı neftin dəyəri 10%, “Brent” isə 8% azalmağa yaxınlaşır.
Report