Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb
- 04.11.2020, 00:13,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Silahlı Qüvvələrinin Yardım Fonduna martın 2-dək daxil olan vəsaitin məbləği açıqlanıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən mediaya verilən məlumata görə, Silahlı Qüvvələrə Yardım Fonduna cari il martın 2-dək 108 221 167,74 AZN, 213 577,88 ABŞ dolları, 17 566 avro və 5000 rubl vəsait daxil olub.
Yardım Fondunun manat hesabındakı vəsaitin həcmi son bir ayda 875 699,17 AZN artıb, digər valiyuta hesablarında isə dəyişiklik olmayıb.
Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli Fərmanı ilə yaradılıb. Fond Azərbaycan Silahlı Qüvvələrinin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb. Fondun maliyyə mənbəyi Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə maliyyə köməyi məqsədilə Azərbaycanın ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan maliyyə vəsaiti və qanunvericiliklə qadağan edilməyən digər daxilolmalardır.
Fondun əsas vəzifəsi Azərbaycanın etibarlı müdafiəsi üçün Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir.