Müdafiə Nazirliyindən Xocavənd açıqlaması
- 04.11.2020, 14:25,
- Hərbi / Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Cəbhənin cənub sahəsində Azərbaycan Ordusunun guya 3 tankının vurulması barədə Ermənistan tərəfinin yaydığı məlumat həqiqətə uyğun deyil və tamamilə yalandır.
Live.az-ın məlumatına görə, bu barədə mediaya Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Qeyd edilib ki, cəbhənin Xocavənd istiqamətində Azərbaycan Ordusu düşmən üzərində taktiki, atəş və ərazi üstünlüyünə malikdir:
"Düşmən ordusu mənəvi və psixoloji baxımdan əzilmiş vəziyyətdə olduğu üçün qarşı tərəf mediada bu cür əsassız xəbərlər yaymaq məcburiyyətindədir".