Kürdə batmış 5 yaşlı uşağın meyiti tapılıb
- 01.08.2013, 16:39,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Kürdə batmış uşağın meyiti tapılıb.
Trend-in FHN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, iyulun 30-da Kür çayının Qazax rayonu Aşağı Salahlı kəndi ərazisindən keçən hissəsində (ən yaxın xilasetmə məntəqəsindən 230 km aralıda) batmış 2008-ci il təvəllüdlü Məhəmməd Elməddin oğlu Paşayevin axtarışları başa çatıb. M.Paşayevin meyiti Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən təxminən 3000 metr aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat saat 09:35-də başa çatıb.