Vaqif Əsədov: “Bir müddət əvvəl Nizami rayonunda yanan avtomobillərin çoxu nasaz vəziyyətdə olub”

Vaqif Əsədov: “Bir müddət əvvəl Nizami rayonunda yanan avtomobillərin çoxu nasaz vəziyyətdə olub” “Bir müddət əvvəl Nizami rayonunda yanan avtomobillərin çoxu nasaz vəziyyətdə olan avtomobillərdir”.

APA-nın məlumatına görə, bunu jurnalistlərə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov deyib. V. Əsədov bildirib ki, yanğın hadisəsi avtomobil dayanacağından kənarda baş verib: “Yanan avtomobillərin çoxu isə nasaz vəziyyətdə və yaxud sahibi tərəfindən atılmış avtomobillər olub. Onların sahiblərinə təzminat verilib, verilməməsi hələlik məlum deyil. Hazırda həmin hadisə ilə bağlı araşdırma aparılır”.
Şərhlər
Hadisə bölməsinin xəbərləri