Xocavəndin polis şöbəsi Hadruta yerləşdirilib
- 11.11.2020, 20:36,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında fərmanı”na uyğun olaraq, Xocavənd Rayon Polis Şöbəsi Müzəffər Ordumuz tərəfindən azad edilən Hadrut qəsəbəsinə yerləşdirilib”.
LIVE.az-ın məlumatlna görə, bu barədə “Report”a Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov məlumat verib.
O bildirib ki, fərmanda Daxili İşlər Nazirliyinə müvafiq ərazilərin müvəqqəti komendantlarını təyin etmək və müvəqqəti komendantlıqların fəaliyyətini təşkil etmək tapşırılıb:
“Daxili işlər naziri tərəfindən də Xocavənd Rayon Polis Şöbəsinin rəisi ərazinin komendantı təyin olunub”.