Rusiyadan xalis kapital axını bu il 70%-ə yaxın artıb
- 11.11.2020, 21:43,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu ilin yanvar-oktyabr aylarında Rusiyadan xalis kapital axını ötən ilin eyni dövründəki 26,4 mlrd. ABŞ dollarına qarşı 44,4 mlrd. dollar təşkil edib. Göründüyü kimi, artım 18 mln. dollar və ya 68,2% təşkil edib.
Bu barədə Rusiya Mərkəzi Bankının hesabatında deyilir.
"Bu ilin 10 ayında özəl sektorda maliyyə əməliyyatlarının saldosu bir il əvvəlki 26,4 mlrd. dollara qarşı 44,4 mlrd. dollar təşkil edib", - hesabatda qeyd olunub.
Bank öhdəliklərindəki azalmanın əsas rol oynadığı ötənilki vəziyyətdən fərqli olaraq, 2020-ci ilin yanvar-oktyabr aylarında digər sektorların qeyri-rezidentlərinə borcların azalması səbəbindən göstərici də formalaşıb, deyə tənzimləyici izah edir.
APA