Azərbaycanda I yarımillikdə dəmir yolunun 82 kilometrlik hissəsi yenidən qurulub
- 01.08.2013, 16:48,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Azərbaycan Dəmir Yolları" QSC ilin I yarısında uzunluğu 82 kilometr olan dəmir yolu hissəsini yenidən qurub. Trend-in məlumatına görə, bu barədə cümə axşamı QSC-nin sədri Arif Əsgərovun rəsmi mətbuatda dərc edilən mıəqaləsində deyilir.
Məqalədə qeyd olunur ki, altı ayda ümumi yük daşımaları 11,2 milyon ton olub: "Bu baxımdan daxili daşımalar 2,9 milyon ton, ixrac 1,8, idxal 3,2, tranzit isə 3,3 milyon ton təşkil edib".
İlin 6 ayı ərzində sərnişin daşımalarında da xeyli müsbət dəyişikliklər olub. Belə ki, dəmir yolu stansiyalarından 1,155 milyon nəfər sərnişin göndərilib.
Məqalədə bildirilir ki, ötən dövr ərzində dəmir yolunun ümumi gəliri 111,4 milyon manat olub: "Bunun 100,6 milyon manatı yük daşımalarından, 10,8 milyon manatı isə sərnişin daşımalarından əldə edilib. 6 ay ərzində dəmir yolunda görülmüş iş və xidmətlərə çəkilmiş xərclər ümumilikdə 104,6 milyon manat, əldə edilən mənfəət isə 6,8 milyon manat olub".