Azərbaycanda 1849 nəfər COVID-19-a yoluxub, 1048 nəfər sağalıb, 19 nəfər vəfat edib



“COVID-19 virusuna qarşı peyvəndlərin tətbiqində əsas məsələ təkcə elmi kəşflə bağlı deyil. Burada peyvəndi ixrac edən şirkətlərin maddi maraqları ilə yanaşı ortaya çıxacaq digər peyvəndlərlə müqayisədə daha effektiv və təhlükəsiz bir peyvəndi ortaya qoya bilmə istəyi də rol oynayır. Çünki tətbiq olunacaq peyvəndin ixracı ilə məşğul olan firmalar arasında rəqabət də olacaq. Ona görə də peyvəndin satışı ilə məşğul olacaq həmin firmaların öz bizneslərini qorumaq və inkişaf etdirmək üçün maraqlarının toqquşması gözləniləndir”.

Live.az xəbər verir ki, bunu report-a açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev deyib.

Onun sözlərinə görə, artıq icad olunan peyvəndlər arasında bu gün üçün ən təhlükəsizi müəyyənləşdirilib: “Artıq bu peyvəndin tətbiqi üçün müəyyən qurumlara rəsmi icazə üçün müraciətlər də olunub. Növbəti mərhələdə uğurla başa çatacaq kliniki fazadan sonra isə şirkət yüksək gəlir əldə etmək üçün nə qədər peyvəndlə bazara daxil olmağın səmərəliliyini düşünəcək. Əslində, bu strategiya bütün peyvənd ixrac edən şirkətlərə məxsusdur. Əgər eyni zamanda bir neçə peyvəndə icazə verilərsə və bir peyvəndin effektivliyinin digər peyvəndə nisbətən daha üstün olduğu müəyyən olunarsa, bu zaman böyük dövlətlər ilk olaraq daha effektiv peyvəndin alışına başlayacaq. Bu da digər peyvəndin ixracına təsir edəcək. Ona görə də bugünkü mərhələdə şirkətlər eyni zamanda bu rəqabətdə qalib gəlməyin yolları üzərində çalışır”.

Azərbaycanlı alim bildirib ki, hazırda 3-cü fazanın kliniki yoxlama səviyyəsində olan 10 peyvənd mövcuddur: “Bu da peyvəndin tapılması istiqamətində aparılan uğurlu elmi araşdırmalar və kifayət qədər böyük elmi kəşflərdir. İstisna edilmir ki, bu kəşflər hətta Nobel mükafatına namizəd ola bilər. Həmin peyvəndlərin birinin virusa yoluxmanın qarşısının alınması üçün yüksək effektivliyi açıqlanıb. Belə ki, peyvəndin yüksək qoruma effektivliyi müxtəlif ölkələrdən 154 mərkəzin iştirakı ilə 44 min insanın cəlb olunması nəticəsində alınıb. Bununla da həmin insanların müyyən bir qismi peyvənd alıb və bu, peyvənd almayan digər qism ilə müqayisə olunub. Peyvənd 21 gün fasilə ilə iki dəfə vurulub. Peyvəndin effektivliyi hazırda 90 faizdən yuxarı qiymətləndirilib. Amma hər kəs bilməlidir ki, bu son nəticə deyil və effektivlik, təhlükəsizlik, eləcə də yaş qrupları arasındakı təsiri ilə bağlı tam nəticələri gözləməliyik”.
Şərhlər
Sosial bölməsinin xəbərləri