Azərbaycan xam neft ixracını azaldıb

Azərbaycan xam neft ixracını azaldıb Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2013-cü ilin iyul ayında Novorossiysk limanından (Qara dəniz, Rusiya) 169 671 ton, Supsa limanından (Qara dəniz, Gürcüstan) 157 690 ton, Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) 1 706 044 ton xam neft ixrac edib.

ARDNŞ-dan APA-ya verilən məlumata görə, ümumilikdə, bu ilin yanvar-iyul ayları ərzində Novorossiysk limanından 994 989 ton, Supsadan 1 522 370 ton, Ceyhan limanından isə 11 841 285 ton xam neft ixrac edilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə bu il Novorossiysk limanından neftin ixracı 6,3% artıb, Supsa limanından 2 dəfə, Ceyhan limanından isə 9,6% azalıb.

ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də ARDNŞ-ə məxsus xam neft həcmlərini əks etdirir.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri