MN: Kəlbəcərə daxil olacaq qüvvələrimiz ilk növbədə Azərbaycan-Ermənistan sərhədində yerləşdiriləcək
- 15.11.2020, 15:44,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin noyabrın 10-da imzaladığı birgə bəyanata əsasən, Ermənistan silahlı qüvvələri və qeyri-qanuni məskunlaşmış əhali çıxarılmalı, Azərbaycan Silahlı Qüvvələri həmin əraziyə hərəkət etməli idi”.
Bunu bu gün keçirilər brifinqdə Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov bildirib.
H. Mahmudov deyib ki, Kəlbəcər rayonunun Azərbaycan Ordusunun nəzarətində olan hissəsi minadan təmizlənib və günü bu gün Azərbaycan Ordusu Kəlbəcərə hərəkət etməyə hazırdır: “Azərbaycan Ordusu Kəlbəcərə Göygöl və Daşkəsən istiqamətindən daxil olacaq. Kəlbəcərə daxil olacaq qüvvələrimiz ilk növbədə Azərbaycan-Ermənistan sərhədində, daha sonra rusiyalı sülhməramlılar tərəfindən yaradılan xətt üzrə Dağlıq Qarabağ istiqamətində yerləşdiriləcək”.