Azərbaycan avtomobil benzininin ixracını artırıb

Azərbaycan avtomobil benzininin ixracını artırıb Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2013-cü ilin iyul ayında 2 521 ton avtomobil benzini, 78 890 ton dizel yanacağı, 8 692 ton təyyarə yanacağı ixrac edib.

ARDNŞ-dan APA-ya verilən məlumata görə, ümumilikdə, 2013-cü ilin yanvar-iyul ayları ərzində 13 220 ton avtomobil benzini, 570 355 ton dizel yanacağı, 87 438 ton təyyarə yanacağı ixrac edilib.

Qeyd edək ki, keçən ilin analoji dövrü ilə müqayisədə 7,6% çox avtomobil benzini, 16,8% az dizel yanacağı, 53,5% az təyyarə yanacağı ixrac olunub.

Bu ilin iyul ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti 1 000,26 dollar/ton, təyyarə yanacağı - 953,13 dollar/ton, dizel yanacağı - 904,65 dollar/ton, 1%-li kükürdlü mazutun qiyməti isə 603,30 dollar/ton təşkil edib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri