Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 1 590,4 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.
LIVE.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,5 % çoxdur.
Son 1 ildə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların dəyəri 3,5 % azalaraq 267,5 mln manat olub.
10 ay ərzində ölkədə 20 848,5 mln kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2019-cu ilin yanvar-oktyabr aylarının göstəriciləri ilə müqayisədə 4,8 % çoxdur.
Bunun 922,4 mln kVt/saatı su elektrik stansiyalarının istehsalının payına düşür ki, bu da 2019-cu ilin yanvar-oktyabr aylarının göstəriciləri ilə müqayisədə 33,1 % azdır.
Bunun 19 131,9 mln kVt/saatı isə istilik elektrik stansiyalarının istehsalıdır ki, bu da 2019-cu ilin on ayının göstəriciləri ilə müqayisədə 8,2 % çoxdur.
Hesabat dövründə Azərbaycanda 80,7 mln kVt/saat küləklə işləyən stansiyaların enerji istehsalı olub ki, bu da 2019-cu ilin 10 ayının göstəriciləri ilə müqayisədə 12,7 % azdır.
Yanvar-oktyabr aylarında ölkədə 41,2 mln kVt/saat günəş enerjisi ilə işləyən stansiyaların istehsalı olub ki, bu da ötən ilin yanvar-sentyabr aylarının göstəricisi ilə müqayisədə 9 % çoxdur.