Noyabrın 18-də Moskvada ABŞ və Fransa diplomatlarının Qarabağla bağlı görüşü keçiriləcək
- 17.11.2020, 21:21,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
ABŞ və Fransadan olan diplomatlar noyabrın 18-də Dağlıq Qarabağ münaqişəsini müzakirə etmək üçün Moskvada görüşəcəklər.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova RİA Novosti-yə məlumat verib.
O bildirib ki, Rusiya tərəfindən görüşü Xarici İşlər Nazirliyinin Xüsusi Səfiri İqor Popov keçirəcək.
Qeyd edək ki, bundan əvvəl də Fransa Xarici İşlər Naziri Jan-İv Le Drian çərşənbə günü Moskvada Dağlıq Qarabağla bağlı diplomatların iştirakı ilə görüşün keçiriləcəyini bildirmişdi.
APA