“Türkvision” mahnı müsabiqəsinin Şuşada keçirilməsi planlaşdırılır
- 18.11.2020, 14:48,
- Mədəniyyət / Vacib
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
2021-ci ildə “Türkvision” mahnı müsabiqəsi Şuşada keçirilə bilər.
LIVE.az LIFE Azerbaijan-a istinadla xəbər verir ki, bu barədə mediaya təşkilatçılar məlumat verib.
Bildirilib ki, texniki məsələlər həll ediləcəyi təqdirdə Şuşa şəhəri müsabiqəyə ev sahibliyi edəcək.
Məlumat üçün bildirək ki, Türkiyənin TMB telekanalı tərəfindən qurulan beynəlxalq mahnı müsabiqəsi ilk dəfə 2013-cü ildə Türkiyədə keçirilib.
Bu ilki müsabiqə koronavirus pandemiyası səbəbindən onlayn keçiriləcək.
Xatırladaq ki, Azərbaycan Ordusu noyabrın 8-i Şuşa şəhərini işğaldan azad edib.