Operativ Qərargah: Azərbaycana vaksin gətirilməsi istiqamətində işlər görülür



"Koronavirusa qarşı vaksinlər hazır olduğu və onların yoxlamadan keçirildiyi təqdirdə Azərbaycana gətirilməsi istiqamətində aidiyyatı strukturlar tərəfindən işlər həyata keçirilməkdədir".

LIVE.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə bildirib.

"Bəzi şəxslər tibb müəssisələrinə müraciət etmədən evdə müalicəyə üstünlük verir, bu da qorxulu tendensiyadır. Sonradan ağırlaşmalarla müraciət edirlər. Bu da çətinliklər yaradır”, - H.Hacıyev bildirib.
Şərhlər
Sosial bölməsinin xəbərləri