Rusiyalı sülhməramlıların Qarabağda yerləşdirilməsi prosesi başa çatdı


Rusiyanın sülhməramlı kontingentinin Qarabağda yerləşdirilməsi yekunlaşıb.

LIVE.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu rusiyalı sülhməramlıların regiondakı işləri ilə bağlı Rusiya prezidenti Vladimir Putinlə keçirdiyi görüşdə bildirib.

O qeyd edib ki, sülhməramlı kontingentin ərazidə yerləşdirilməsi başa çatıb və sülhməramlılar qarşıya qoyulmuş tapşırıqların icrasına başlayıb.
Şərhlər
Siyasət bölməsinin xəbərləri