Litvanın xarici işlər naziri: “Litvalı diplomatların telefon danışıqlarının internetdə yerləşdirilmiş mümkün lent yazıları təxribatdır”
- 01.08.2013, 18:48,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Litvalı diplomatların telefon danışıqlarının internetdə yerləşdirilmiş mümkün lent yazıları təxribatdır”. APA-nın “Delfi” saytına istinadən verdiyi məlumata görə, bu barədə Litvanın xarici işlər naziri Linas Linkyaviçüs deyib.
Onun sözlərinə görə, nazirlik bu insidentin istintaqını aparır: “Mən Xarici İşlər Nazirliyinin Baş Müfəttişliyinə bu insidenti araşdırmağa tapşırmışam. Son vaxtlar informasiya təxribatlarının sayı artıb, ona görə də bu məsələni dəqiq araşdırmaq lazımdır. Mən bu hadisə ilə əlaqədar ancaq təəssüflənə bilərəm. Hazırda yayılan məlumatların Litva dövlətinin mövqeyi ilə heç bir əlaqəsi yoxdur”.
Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə isə APA-ya açıqlamasında bu məsələ ilə bağlı danışıqlar getdiyini deyib: “Təbii ki bu, Litvanın daxili məsələsidir, kiçik ranqlı diplomatlar arasında danışıqdır. Hələlik bu məsələ ilə bağlı hər hansı şərh vermək istəmirik. Fakt araşdırıldıqdan sonra məlumat verəcəyik”.
Litvanın Azərbaycandakı səfirliyindən isə bu fakta münasibət bildirməkdən imtina ediblər. Səfirlik bu cür xəbərləri təxribat adlandırıb.
Qeyd edək ki, iyulun 8-də “YouTube” video xidmətinə iki Litva diplomatının telefon yazısı yüklənilib. Söhbətin “Şərq Tərəfdaşlığı” proqramın siyasət departamentin direktor müavini Zenonas Kumetaytis və Litvanın Macarıstandakı diplomatik nümayəndəliyində çalışan diplomat Renatas Yuşka arasında getdiyini güman edilir.
Söhbət zamanı onlar Azərbaycan-Ermənistan münasibətləri, Dağlıq Qarabağ münaqişəsi barədə öz fikirlərini qeyri-formal şəkildə bölüşüblər, Litva parlamentində “Dağlıq Qarabağ ilə dostluq qrupunun” yaradılması ilə bağlı azərbaycanlıların və ermənilərin fəallaşmasını qeyd ediblər.
R. Yuşka telefon söhbətində Dağlıq Qarabağın Artsax adlandırılmasını düzgün saydığını və bu məsələdə ermənilərin mövqeyini müdafiə etdiyini deyib.