İsrailin baş naziri Səudiyyə Ərəbistanına səfər edib
- 23.11.2020, 13:19,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
İsrailin Baş naziri Benyamin Netanyahu və “MOSSAD” Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Yosi Koen gizli formada Səudiyyə Ərəbistanına səfər ediblər.
LİVE.az Report-a istinadla məlumat verir ki, məlumatı “NEWSru.co.il” yayıb.
Hökumət başçısı və “MOSSAD” rəhbəri Səudiyyə Ərəbistanının vəliəhdi, baş nazirin müavini, müdafiə naziri Məhəmməd bin Salman bin Əbdüləziz Al Səudla görüşüblər. Görüşdə ABŞ-ın dövlət katibi Mayk Pompeo da iştirak edib.
Məlumata görə, baş nazir və baş kəşfiyyatçı San-Marinoda qeydiyyatdan keçmiş xüsusi təyyarə ilə yerli vaxtla saat 19.00-da İsrailin Ben Qurion hava limanından Səudiyyə Ərəbistanınn Neom limanına uçublar. Təyyarə yerə 20.30-da eniş edib. Geriyə səfər saat 23.50-də başlayıb. Onların təyyarəsi Ben Quriona saat 00:50-də çatıb.
İsrail baş nazirinin Administrasiyasından məlumatı şərh etmək istəməyiblər.