Çinin Mərkəzi Bankı yuanın dollara qarşı məzənnəsini möhkəmləndirib
- 23.11.2020, 13:23,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Çin Xalq Bankı (Mərkəzi Bank) bazar ertəsi yuanın ABŞ dollarına qarşı məzənnəsini son 30 ayda maksimum səviyyəyə qədər möhkəmləndirib.
Bunu tənzimləyicinin məlumatları göstərir.
Belə ki, MB orta yuan-dollar məzənnəsini 6,5719 olaraq təyin edib.
Bu, 2018-ci il iyunun 26-dan bəri yuanın dollara qarşı ən yüksək nisbətidir. O zaman 1 ABŞ dolları 6,5782 yuana bərabər idi.
Daha əvvəl Çin Dövlət Şurasının Baş naziri Li Ketsyan yuanın sabit məzənnəsinin rasional səviyyədə saxlanacağını söyləmişdi.
Report