Gəncədə 21 yaşlı qız itkin düşüb

Gəncədə işə getmək adı ilə evdən çıxan qız geri qayıtmayıb.

Kəpəz rayon Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, Gəncə şəhər sakini Təranə Əkbərova polisə müraciət edərək bildirib ki, qızı 1992-ci il təvəllüdlü Gülarə Əkbərova 30 iyul tarixində işlədiyi mağazaya gedib bir daha geri qayıtmayıb.

Faktla bağlı Kəpəz rayon Polis İdarəsində əməliyyat axtarış tədbirləri həyata keçirilir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri