Nazir: “Rusiya sülhməramlıları suveren Azərbaycan ərazisinə üçtərəfli bəyanatın müddəalarına əsasən gətirilib”
- 25.11.2020, 14:04,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Sentyabrın 27-də Azərbaycanın əks-hücum əməliyyatlarına başlamasından etibarən Ermənistanla Azərbaycan arasında üç dəfə atəşkəs razılaşdırıldı və hər dəfə bu atəşkəs Ermənistan tərəfindən pozuldu. Buna görə də atəşkəsə əməl edilməsi üçün hərbi qüvvələrə ehtiyac olduğu aydın oldu”.
XİN-in Mətbuat xidməti idarəsindən mediaya verilən xəbərə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransanın “Le Point” jurnalına müsahibəsində deyib.
O qeyd edib ki, Rusiyanın sülhməramlı kontingenti suveren Azərbaycan ərazisinə Azərbaycanın dəvəti və üçtərəfli bəyanatın müddəalarına əsasən gətirilib: “Rusiya Minsk Qrupunun Cənubi Qafqazla sərhədi olan yeganə həmsədr ölkəsidir və bu səbəbdən bölgədə sülh və sabitlikdə birbaşa maraqlıdır. Həm Ermənistan, həm də Azərbaycanla münasibətləri baxımından, şübhəsiz ki, bu ölkə həm də Rusiya prezidenti tərəfindən imzalanan razılaşmanın həyata keçirilməsində həlledici rol oynaya bilər”.