UEFA Avropa Liqasının "Qarabağ" III təsnifat mərhələsində doğma meydanda İsveçin "Qefle" klubunu qəbul edib.
Live.az xəbər verir ki, "Qarabağ" "Gefle"yə - 1:0 qalib gəlib.
Komandamızın bu dəfəki rəqibi İsveçin “Gefle” klubu idi. Avrokuboklarda ilk dəfə üçüncü təsnifat mərhələsinə vəsiqə qazanan və İsveç çempionatının autsayderlərindən olan rəqibi ilə müqayisədə daha böyük Avropa təcrübəsinə malik Ağdam klubu bu komandanı da keçməyə borcludu.
Xatırladaq ki, “Qarabağ” bundan öncə Makedoniyanın “Metallurg” (hər iki oyunda 1:0) və Polşanın “Piast” (2:1, 2:2) klublarını mübarizədən kənarlaşdırmışdı.
Cavab oyun avqustun 8-də baş tutacaq.
Avropa Liqası Üçüncü təsnifat mərhələsi (ilk oyun) 1 avqust
Qarabağ - Gefle - 1:0 (0:0) Qol: Reynaldo, 89 (1:0). Baş hakim: Nikolas Rainville (Fransa) Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.