Azərbaycanda manatla geniş pul kütləsi tarixi maksimumunu yeniləyib
- 28.11.2020, 13:43,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu ilin noyabrın 1-nə Azərbaycanda geniş mənada pul kütləsinin həcmi 26 mlrd 947,9 mln manat təşkil edib.
LIVE.az-ın Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, geniş mənada pul kütləsinin həcmi oktyabrın 1-nə nisbətən 164,6 mln manat və ya 0,6 %, ötən ilin analoji dövrü ilə müqayisədə isə 501 mln manat və ya 1,9 % artıb.
Manatla geniş mənada pul kütləsinin həcmi noyabrın 1-nə 18 mlrd 573,6 mln manat təşkil edib. Bu, oktyabrın 1-nə olan analoji göstəricidən 145,8 mln manat və ya 0,8 %, keçən ilin analoji dövrü ilə müqayisədə isə 2 mlrd 234,6 mln manat və ya 13,7 % çoxdur.
Qeyd edək ki, manatla geniş pul kütləsinin həcmi 18 mlrd 573,6 mln manata çataraq tarixi maksimumunu yeniləyib.