Berluskoni 4 il həbs cəzasına məhkum edilib
- 02.08.2013, 12:03,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
İtaliyanın Ali Kasasiya Məhkəməsi “Mediase işi“ üzrə birinci və ikinci instansiya məhkəmələrinin Silvio Berluskoni barəsində çıxardığı qərarları qismən qüvvədə saxlayıb.
APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə ötən gün İtaliya televiziyası məlumat yayıb.
Məlumata görə, məhkəmə keçmiş baş nazirin dövlət postlarından kənarlaşdırılmasına dair qərarı yenidən baxılması üçün aşağı instansiyaya qaytarıb.
Qeyd edək ki, Berluskoni məhkəmənin qərarı ilə 4 il həbs cəzasına məhkum edilib, lakin, amnistiya barədə qanuna əsasən, cəza 1 ilə endiriləcək.
Qeyd olunan instansiyanın hökmü son və qətidir.